525.Az

Fransada məscid irqçi hücumun hədəfi olub


 

Fransada məscid irqçi hücumun hədəfi olub<b style="color:red"></b>

Fransanın Pas-de-Kale əyalətindəki məsciddə camaat namazından əvvəl irqçi hücum həyata keçirilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Pas-de-Kale əyalətinin Saint-Omer şəhərindəki məscidə namazdan əvvəl donuz başı atılıb. Onlarla insan ibadət etmək üçün toplaşdığı məsciddə belə bir mənzərə ilə rastlaşanda vəziyyət polisə çatdırılıb.

Saint-Omer Türkləri Mədəniyyət Dostluğu Dərnəyinin sədri İsmayıl Gülməz "France 3" kanalına verdiyi açıqlamada hadisə ilə bağlı şikayət edəcəklərini bildirib.

Fransanın daxili işlər naziri Gerald Darmanin müsəlmanların Ramazan ayında rahat şəkildə namaz qılmaları üçün məscid və ibadət yerləri ətrafında təhlükəsizlik tədbirlərinin artırılmasına göstəriş verdiyini açıqlayıb.

Malik Atilay

 





12.03.2024    çap et  çap et