525.Az

Stoltenberq Ukraynaya uzaqmənzilli raketlərin tədarükünə razılıq verib


 

Stoltenberq Ukraynaya uzaqmənzilli raketlərin tədarükünə razılıq verib<b style="color:red"></b>

NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın Ukraynaya “Taurus” raketləri verməkdən imtina etməsinə münasibət bildirməsə də, alyansa üzv digər ölkələrin uzaqmənzilli raketlərin göndərilməsi qərarını təsdiqləyib.

525.az TASS-a istinadən xəbər verir ki, Stoltenberq bu bəyanatı alyansın Brüsseldəki mənzil-qərargahında İsveç bayrağının qaldırılması şərəfinə keçirilən mətbuat konfransında verib.

“Mən bəzi müttəfiqlərin uzun mənzilli sistemlər təqdim etmələrini də alqışlayıram. Lakin mən konkret sistemlər və konkret müttəfiqlər barədə şərh verməyəcəyəm”, - deyə Stoltenberq əlavə edib.

Havar Şəfiyeva

 





12.03.2024    çap et  çap et