525.Az

Bayden Polşaya qoşun göndərməkdən imtina etdi


 

Bayden Polşaya qoşun göndərməkdən <b style="color:red">imtina etdi</b>

ABŞ Prezidenti Co Bayden deyib ki, hazırda Varşavanın “NATO-nun şərq cinahını gücləndirmək üçün” xahiş etdiyi Polşada əlavə ABŞ hərbçilərinə ehtiyac yoxdur.

525.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

“Polşa sərhədində əlavə qoşunlara ehtiyac yoxdur, lakin mən sabah bu məsələni Polşanın Baş naziri Donald Tusk ilə müzakirə edəcəyəm”, - deyə Bayden deyib.

Polşanın xarici işlər naziri Radoslav Sikorski daha əvvəl demişdi ki, Varşava Qərb müttəfiqlərini Ukrayna münaqişəsində Rusiyaya qarşı asimmetrik və yaradıcı düşünülmüş eskalasiyaya çağırır. 

Havar Şəfiyeva

 





12.03.2024    çap et  çap et