525.Az

Makronun iflasa uğrayan siyasəti


 

FRANSADA SOSİAL NARAZILIQLAR HƏR GÜN ARTMAQDADIR

Makronun iflasa uğrayan siyasəti<b style="color:red"></b>

Fransaya rəhbərlik edən Emmanuel Makronun siyasəti tamamilə iflasa uğramaqdadır. Bu iflas özünü təkcə daxili deyil, həm də xarici siyasətdə göstərir. Makron hakimiyyətə gələndən bu yana onun siyasəti daxildə ciddi narazılıq yaradıb. Ölkədə böhran hökm sürür, sosial narazılıqlar hər gün artmaqdadır. Bunun nəticəsidir ki, Fransada etiraz aksiyaları demək olar ki, artıq "ənənə" halını alıb. Sosial tələblərlə küçələrə çıxan insanlara hakimiyyət tərəfindən problemlərinin həllinə vəd verilsə də, heç bir addım atılmır. Bu günlərdə ölkəni bürüyən fermerlərin etiraz aksiyaları belə nümunələrdən yalnız biridir. Fermerlər hakimiyyətdən onlara dəstək üçün əlavə tədbirlər görməyi istəyiblər. Onlar bəyan ediblər ki, on gün ərzində bu istiqamətdə dəyişikliklər olmasa, tətilləri bərpa edəcəklər. Fermerlər deyirlər ki, hökumət aqrar sahədə dəyişiklikləri elan edəndən sonra onların həyata keçirilməsi üçün az iş görülüb, bu da onların narazılığına səbəb olur. Elə Fransanın Bordo şəhərində fermerlərin növbəti etiraz aksiyası da onu göstərdi ki, hakimiyyət öz vədlərini yerinə yetirməyib. Belə ki, şəhər şurasının iclası zamanı fermerlər Bordonun mərkəzində traktorlarla keçid ediblər. Onlar otelin və bələdiyyənin qarşısına peyin və işlənmiş şinlər boşaldıblar. Şəhərin mərkəzində nəqliyyatın hərəkətində fasilə yaranıb. Polis aksiyaçıların şəhər şurasının binasına daxil olmasına mane olub. Etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edilib. Saxlananların olduğu bildirilir.

Göründüyü kimi, hakimiyyət müvafiq addımlar atmaq əvəzinə həbslərə, etirazçılara qarşı ən sərt üsullardan istifadəyə əl atır.

Yeri gəlmişkən, Fransa dinc etirazçılara qarşı ən sərt və amansız üsulların tətbiqinə görə Avropa ölkələri arasında ilk sırada gəlir. Belə ki, fransız polisi etirazçılara qarşı dəyənək, gözyaşardıcı qaz, rezin güllələrdən, qadağan olunmuş digər vasitələrdən istifadə edir, onların üzərinə atları sürürlər.

Görünən odur ki, daxildə problemləri həll edə bilməyən, onları görmək istəməyən Makron özünü dünyanın aparıcı lideri kimi göstərməyə, Avropaya rəhbərlik etməyə can atır. Amma burda da iflasa uğrayıb. Onun təklif və təşəbbüsləri öz həmkarları tərəfindən belə dəstəklənmir. Ümumiyyətlə, Makron Fransa tarixinin ən uğursuz prezidenti, Avropanın ən nüfuzsuz siyasətçisidir. Məhz onun hakimiyyəti dövründə Fransa Afrika qitəsindən qovulmağa başlayıb. Makronun irticaçı, müstəmləkəçi siyasəti rədd edilir, neokolonalizm siyasətinə qarşı etirazlar artıb. Fransanın azadlığını əlindən aldığı Korsika, Yeni Kaledoniya, digər dənizaşırı ərazilər illərdir ki, fransız müstəmləkəsindən azad olmaq üçün öz azadlıqlarını tələb edirlər. Bu məsələdə Azərbaycan da xüsusi rol oynayır. Bakı Fransanın neokolonializm siyasətinə qarşı prinsipial mövqe nümayiş etdirir, müstəmləkəçiliyin bütün forma və təzahürlərinin aradan qaldırılması, eləcə də fransız müstəmləkələrinin Fransanın zülmündən xilas edilməsi müstəvisində ardıcıl siyasət aparır. Azərbaycan müstəmləkəçiliyin boyunduruğundan xilas olmağa çalışan xalqlara öz dəstəyini verməklə, bütün dünyada ədalətin bərqərar olunmasına çalışdığını, yalnız öz maraqlarından çıxış etmədiyini göstərir. Məhz bu səbəbdən Fransa Azərbaycan əleyhinə fəaliyyət aparır. Cənubi Qafqazda özünə yer etmək istəyən Fransa Ermənistanın əli ilə buna nail olmağa çalışır. Amma burda qarşısında Azərbaycanın olduğunun da fərqindədir.

Fransada həm də islamofobiya "çiçəklənməkdədir". Başqa sözlə, bu, Fransada dövlət siyasətinə çevrilib. Bir neçə gün əvvəl Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfransda iştirakçılar bu məqamı xüsusi vurğuladılar. Qeyd edilib ki, Fransada son vaxtlar çox sayda müsəlman məktəbləri bağlanılıb, imamlar qovulub, İslama aid kitablar kitabxanadan yığışdırılıb.

Makronun Ukrayna siyasəti də tənqidlərə məruz qalıb. Onun bu günlərdə Ukraynaya Qərb qoşunlarının yeridilməsi planı nə daxildə, nə beynəlxalq müstəvidə dəstəklənib. Fransa Vətənpərvərlər Partiyasının lideri, Avropa Parlamentinə seçkilərə namizəd, siyasətçi Florian Filippot hesab edir ki, Makronun Ukraynaya getdikcə daha çox silah tədarükü vəd etməsi, öz ordusunu tamamilə çökdürməyə hesablanıb: "Bu gün bizim böyük hərbi və istehsal imkanlarımız yoxdur. Sual budur ki, sərhəd haradadır: onlar Fransa ordusunu darmadağın etməyə qərar verəcəklərmi, Fransa ordusu üçün yaradılmış "Hərbi proqramlaşdırma haqqında" öz qanunlarından yan keçməyə hazırdırlarmı və nə qədər".

O əlavə edib ki, Ukraynaya yardım tək

lif edənlərin "sərhədləri yoxdur".

Fransada digər müxalifət partiyalarının rəhbərləri də Makronu bu mövqeyinə görə tənqid ediblər.

Məsələn, Milli Birlik partiyası fraksiyasının rəhbəri Marin Le Pen ölkə prezidentinin "hərbi lider rolunu oynadığını" vurğulayıb. Onun sözlərinə görə, Fransada sülh və ya müharibə təhlükəsi var.

"Fəth olunmamış Fransa" partiyasının lideri Jan-Lyuk Melenşon qeyd edib ki, Rusiyaya qarşı müharibənin başlaması ağılsızlıqdır.

Həmçinin, Makronun məlum bəyanatından sonra parlamentdən onun impiçmenti də tələb edilib. Filippot deyib ki, Makron öz hərəkətləri ilə nəinki Fransanı Ukrayna münaqişəsinə sürükləyə, həm də üçüncü dünya müharibəsini başlada bilər.

Göründüyü kimi, Makron tam bir fiaskoya uğrayıb. Sorğular Makronu dəstəkləyənlərin gün-gündən azaldığını göstərir. Bu uğursuz siyasətçi digər qitələrə, ölkələrə burnunu elə soxub ki, daxildə mərkəzi şəhərlərinin belə zibilliyə çevrilməsinin fərqinə vara bilmir. Yaxud da onun üçün fərqi yoxdur. Çünki özü də dünyanı zibilləməklə məşğuldur.

 

 





13.03.2024    çap et  çap et