525.Az

“V Müasir Audiovizual Baxış” Mükafatının qalibi elan olunub


 

“V Müasir Audiovizual Baxış” Mükafatının qalibi elan olunub<b style="color:red"></b>

Martın 12-də “Cinemastercard”’ Kinoteatrlar Şəbəkəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə AzerNyuMedia Şirkətinin hər həftənin şənbə və bazar günləri Real FM-də təqdim etdiyi Cinema Radio Kino Radio Kanalının ənənəvi “V Müasir Audiovizual Baxış” Mükafatının təqdimetmə mərasimi keçirilib.

525.az xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin media və kommunikasiya şöbəsinin media sektorunun müdiri Türkan Cəfərova, Azərbaycan Kinematoqrafçılar İttifaqı təsis yığıncağının sədri Əli İsa Cabbarov, Azərbaycan Respublikası Kino Agentliyinin nümayəndəsi Sahil Məmmədov, Cinemastercard Kinoteatrlar Şəbəkəsi Müşahidə Şurasının sədri Zaur Darabzadə və başqaları “Cinema Radio” Kino Radio Kanalının son beş il ərzindəki fəaliyyəti, məqsəd və vəzifələri, Azərbaycan, eləcə də milli audiovizual sənətin təbliğindəki rolundan bəhs ediblər. Daha sonra Cinema Radio Kino Radio Kanalının rəhbəri Kamran Qasımov və Kino Radio Kanalın aparıcısı, eləcə də redaktoru RJ Yaqut səhnəyə çıxaraq “V Müasir Audiovizual Baxış” Mükafatının qalibini elan ediblər. Mükafat bu dəfə Vətən müharibəsi mövzusunda “Mən buradayam, ilahi” tammetrajlı bədii, “Hasar”’ qısametrajlı bədii filminin quruluşçu rejissoru Qulu Əsgərova təqdim edilib. Təqdimat mərasimində rok ifaçısı Vüsal Rzasoyun ifasında Azərbaycan filmlərindən “soundtrack”lər səslənib. Mərasimdə Azərbaycan Prodüserlər Gildiyasının rəhbərliyi və üzvləri, kinematoqrafçılar, aktyorlar, media mənsubları iştirak edib. Mərasimin sponsoru iri layihələri ilə tanına Azman Holdinq Şirkətidir.

Qeyd edək ki, AzerNyuMedia Şirkətinin “Cinema Radio’’ Kino Radio Kanalı 2019-cu ildə fəaliyyətə başlayıb. Kino Radio Kanalı 2019-2022-ci illərdə Avto FM-də, 2022-ci ildən isə Real FM-də yayımlanır. Kino Radio Kanalın “Müasir Audiovizual Baxış” Mükafatı 2019-cu ildən təqdim olunur. Mükafat 2019-cu ildə aktyor, rejissor Kamran Ağabalayevə, 2020-ci ildə rejissor, jurnalist, aparıcı Vəfa Ağabalayevaya, 2022-ci ildə aktyor və ssenarist Azər Aydəmirə, 2023-cüi ildə isə rejissor, ssenarist və prodüser Emil Quliyevə təqdim edilib. “Cinema Radio”’ Kino Radio Kanalının rəhbəri Kamran Qasımov, aparıcısı və redaktoru RJ Yaqut, musiqi rəhbəri Yaşar Baxış, səs supervayzeri Samir Əsədovdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Cinema Radio” Kino Radio Kanalı hər həftənin şənbə günü günorta saat 3-də, bazar günü isə günorta saat 2-də Real FM-də yayımlanır. 

 





13.03.2024    çap et  çap et