İndoneziyada 37 nəfərin olduğu balıqçı gəmisinin batması nəticəsində 2 nəfər ölüb, 24 nəfər itkin düşüb.
525.az xəbər verir ki, martın 9-da Cakartadan Bali yaxınlığındakı Lombok adasına gedən balıqçı gəmisi Bone körfəzində fırtınanın yaratdığı yüksək dalğalara tutularaq aşıb.
Axtarış-xilasetmə qrupunun Cənubi Sulavesi əyalətindəki Selayers adasının müxtəlif yerlərində 11 nəfər və 2 cəsəd tapdığı bildirilib.
Qeyd edək ki, səlahiyyətlilər xilas edilənlərə yaxınlıqdakı sağlamlıq mərkəzlərində tibbi yardım göstərildiyini, vəziyyətlərinin stabil olduğunu bildirib.
Məhəmməd Tağıyev
çap et