Almaniya Hərbi Hava Qüvvələri İordaniyanın Qəzzaya hava yardımı çatdırmaq üçün başlatdığı əməliyyatda iştirak edəcək.
525.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Hərbi Hava Qüvvələrinə Qəzzaya hava yardımı çatdırmaq təlimatı verib.
Pistorius Qəzzada insanların ən əsas ehtiyaclardan məhrum olduğunu vurğulayaraq: "Biz onların ərzaq və dərmana çıxışını təmin etmək üçün əlimizdən gələni etmək istəyirik. Bu məqsədlə Almaniya Silahlı Qüvvələri hər biri 18 tona qədər yük daşıya bilən iki "Hercules" nəqliyyat təyyarəsi təqdim edir. Həmçinin təyin edilmiş komandalar müvafiq prosedurlar üzrə təlim keçmiş və yüksək təcrübəyə malikdirlər", - deyib.
Məhəmməd Tağıyev
çap et