525.Az

Britaniya qaçqınlara pul təklif etməyi planlaşdırır


 

Britaniya qaçqınlara pul təklif etməyi <b style="color:red">planlaşdırır</b>

Böyük Britaniya Ruandaya getmək üçün sığınacaq müraciətləri rədd edilən insanlara 3000 funt-sterlinqə qədər pul təklif etməyi planlaşdırır.

525.az xəbər verir ki, artıq ölkədə sığınacaq müraciətləri rədd edilən insanların öz ölkələrinə könüllü qayıtmaq üçün pul aldıqları sistem mövcuddur. Yeni proqram ölkələrinə qayıda bilməyən insanları hədəfləyir.

Britaniya hökuməti bir müddətdir ki, ölkəyə qeyri-qanuni yollarla gələn sığınacaq axtaranların müraciətləri qiymətləndirilərkən Ruandada qalması üçün başqa bir təşəbbüs həyata keçirməyə çalışır. Lakin bu təşəbbüs parlament tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, plana görə, sığınacaq müraciətləri rədd edilənlərin Britaniyadakı vəziyyətlərindən fərqli olaraq Ruandada işləmək icazəsi olacaq və Ruandadan da əlavə dəstək alacaqlar.

Məhəmməd Tağıyev

 





13.03.2024    çap et  çap et