Rusiyada məhkəmə "Google"u "YouTube"da bəzi məzmunlara girişi bloklamadığı üçün 4 milyon rubl (44 min dollar) cərimələyib.
525.az xəbər verir ki, "Google"a qarşı açılan işə paytaxt Moskvada baxılıb. Belə ki, məhkəmə "YouTube"da bəzi qadağan olunmuş məzmunlara girişin bloklanmadığı üçün qanuna əməl olunmadığına qərar verib və "Google"u 4 milyon rubl məbləğində cərimə ödəməyə məcbur edib.
Qeyd edək ki, şirkətin Rusiyadakı törəmə şirkəti də maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün 2022-ci ildə iflas prosesinə başlamışdı.
Məhəmməd Tağıyev
çap et