Rusiya Prezidenti Vladimir Putin Finlandiya və İsveçin NATO-ya daxil olmasının “mənasız addım” olduğunu və Rusiyanın Finlandiya sərhədində hərbi baza quracağını bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin bildirib ki, “Rusiya suverenliyinə təhlükə yaranarsa, nüvə silahından istifadə etməyə hazırdır”.
Finlandiya sərhədinə qoşun yerləşdirəcəklərini açıqlayan Rusiya Prezidenti İsveç və Finlandiyanın NATO üzvlüyünə sərt ifadələrlə münasibət bildirib.
İki ölkənin NATO-ya üzv olmasını “mənasız addım” kimi xarakterizə edən Putin həmçinin bildirib ki, ABŞ Ukraynaya əsgərlərini yerləşdirərsə, Rusiya bunu müdaxilə kimi qiymətləndirəcək.
“Nüvə müharibəsinə ehtiyac yoxdur, lakin bu baş verərsə, biz texniki cəhətdən buna hazırıq", - Putin qeyd edib.
Malik Atilay
çap et