525.Az

“Mercedes-Benz Japan” şirkəti 1,2 milyard yen cərimələnib


 

“Mercedes-Benz Japan” şirkəti 1,2 milyard yen cərimələnib<b style="color:red"></b>

"Mercedes-Benz"in Yaponiya filialı olan "Mercedes-Benz Japan" "müştərilərini aldatdığı" səbəbilə 1,23 milyard yen (8,3 milyon dollar) məbləğində cərimələnib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya hökumətinə bağlı İstehlakçı Məsələləri Agentliyi (CAA) “Mercedes-Benz Japan” şirkətinin “müştərilərini aldatdığına” görə cərimələndiyini açıqlayıb.

Agentliyin açıqlamasına görə, şirkətin avtomobil kataloqları GLA və GLB modellərinin müəyyən sürücülük yardım sistemləri ilə təchiz edildiyini göstərib. Avadanlıqlara nəqliyyatın hərəkəti yenidən başlayanda dayandırılmış avtomobili avtomatik irəli aparan sistem və dönmə siqnalını işə salmaqla sürücüyə zolaq dəyişdirməyə imkan verən sistem daxil edilib.

Yoxlamalar nəticəsində müəyyən edilib ki, bu sürücülük avadanlığı əslində müştərinin istəyindən asılıdır.

Agentlik, sözügedən vəziyyəti "müştəriləri çaşdırmaq" olaraq təyin etdiyini və "Mercedes-Benz Japan"ı 1,23 milyard yen (8,3 milyon dollar) məbləğində cərimələdiyini bildirib.

Həmçinin şirkətə vəziyyətin təkrarlanmaması üçün tədbir görülməsi tapşırılıb.

Dövlət yayımı NHK-nın hesabatında qeyd edilib ki, bu cəza “çaşdırıcı ifadələrə görə indiyədək tətbiq edilən ən yüksək cəza”dır.

“Mercedes-Benz Japan” şirkətindən qanunlara uyğunluğun təmin edilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsi üçün çalışacaqları bildirilib.

Malik Atilay

 





13.03.2024    çap et  çap et