Cənubi Afrikanın Yohannesburq şəhəri yaxınlığındakı monastırda bıçaqlı hücum nəticəsində üç misirli keşiş həlak olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Afrika Kopt Pravoslav Kilsəsinin feysbuk hesabında yer alan yazıda: "Bu gün Cənubi Afrikanın Yohannesburq şəhərindəki Müqəddəs Mark Apostol və Etirafçı Müqəddəs Samuelin Kopt monastırında 3 keşiş hücuma məruz qalıb, hücum keşişlərin ölümü ilə nəticələnib”, - ifadələrdən istifadə edilib.
Açıqlamada hadisə ilə bağlı lazımi araşdırmalara başlanıldığı və Misirin Pretoriyadakı səfirinin vəziyyəti izləmək üçün monastıra getdiyi bildirilib.
Cənubi Afrika polisindən verilən açıqlamada Misir Xristian Kopt Ortodoks Kilsəsinə aid bu 3 keşişin şəxsiyyəti məlum olmayan şəxslər tərəfindən bıçaqlanaraq öldürüldüyü bildirilib.
Açıqlamada başqa bir keşişin də hücumdan yaralı sağ çıxdığı qeyd edilib və cinayətkarların heç bir qiymətli əşyaya toxunmadan hadisə yerindən qaçdığı paylaşılıb.
Malik Atilay
çap et