525.Az

"Lufthansa" işçiləri yenidən tətil edir - 120 min sərnişin təsirlənəcək


 

"Lufthansa" işçiləri yenidən tətil edir - <b style="color:red">120 min sərnişin təsirlənəcək</b>

Alman Hava Yolları şirkəti "Lufthansa" işçiləri yenidən tətilə başlayıblar. 

525.az xarici mediaya istinadən xəbər verir ki, bu dəfə kabin heyəti tətilə çıxıb. Tətildə Frankfurt və Münhen hava limanlarının işçiləri iştirak ediblər. Uçuşlarda fasilələr yaranıb.

Birliyin çağırışı ilə dünən səhər saatlarında başlayan tətil bu gün saat 23:00-da başa çatacaq.

Şirkət 120 min sərnişinin tətildən təsirlənəcəyini açıqlayıb. "Lufthansa" işçiləri 18 aylıq müqavilə müddəti üçün 15 faiz artım istəyiblər.

Qeyd edək ki, inflyasiya ilə mübarizə üçün 3 min avro birdəfəlik ödəmə də birliyin tələbləri arasındadır.

Malik Atilay

 





13.03.2024    çap et  çap et