525.Az

Litvada Rusiya nömrəli avtomobillərdən istifadə qadağan edilib


 

Litvada Rusiya nömrəli avtomobillərdən istifadə qadağan edilib<b style="color:red"></b>

Litvada diplomatik avtomobillər və Litva üzərindən Rusiyanın Kalininqrad vilayətinə gedib-gələn nəqliyyat vasitələri istisna olmaqla, Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə qadağan edilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Litva Gömrük İdarəsinin verdiyi açıqlamaya görə, martın 11-dən etibarən Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə edənlər qanunvericiliyi pozmuş hesab olunacaq və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.

Açıqlamada, Litvada təxminən 50 Rusiya nömrəli avtomobilin olduğu və bu vasitələrin sahiblərinin 6 min 561 dollara qədər pul cəzası ilə üzləşəcəyi və ölkəni tərk etmədikləri təqdirdə bu vasitələrin müsadirə ediləcəyi bildirilib.

Bildirilib ki, Rusiyanın Kalininqrad vilayətinə Litva üzərindən səfər edən və ya bu bölgədən gələn Rusiya vətəndaşları müvafiq sənədlərə malik olmaq və Litva ərazisindən tranzit 24 saatdan çox davam etməmək şərti ilə qadağadan azad olunacaqlar.

Bundan əlavə, diplomatik avtomobillər də qadağadan azad ediləcək.

Qeyd edək ki, Litva 2023-cü ilin sentyabrında Avropa Komissiyasının tövsiyəsi ilə Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan edib.

Malik Atilay

 





13.03.2024    çap et  çap et