525.Az

Avropa Parlamenti Ermənistana Aİ-yə üzvlüyünə namizəd statusunun verilməsi imkanına baxılmasını təklif edən qətnaməni qəbul edib


 

Avropa Parlamenti Ermənistana Aİ-yə üzvlüyünə namizəd statusunun verilməsi imkanına baxılmasını təklif edən qətnaməni qəbul edib<b style="color:red"></b>

Avropa Parlamenti Ermənistana Avropa İttifaqına üzvlüyünə namizəd statusunun verilməsi imkanlarına baxmağı təklif edən qətnamə qəbul edib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yyaıb.

Qətnamənin lehinə 504 deputat, əleyhinə 4 deputat səs verib,.

32 deputat bitərəf qalıb.

Avropa Parlamenti 504 lehinə səslə Ermənistana Aİ-yə üzv olmaq üçün namizəd statusunun verilməsinin mümkünlüyü ilə bağlı qətnamə qəbul edib.

“Əgər Ermənistan namizəd statusu almaqda maraqlıdırsa və sabit islahatlar, demokratiyasını möhkəmləndirmək yolunda davam etsə, bu, Aİ-Ermənistan münasibətlərində yeni mərhələ ola bilər”, - sənəd layihəsində deyilir.

 





13.03.2024    çap et  çap et