525.Az

ABŞ Avstraliya ilə razılaşmanı pozub - İDDİA


 

ABŞ Avstraliya ilə razılaşmanı pozub - <b style="color:red">İDDİA</b>

Amerika Birləşmiş Ştatlarının rəhbərliyi AUKUS hərbi-siyasi alyansı çərçivəsində Avstraliyaya nüvə sualtı qayıqlarının satışına dair razılaşmanı pozmaqda şübhəli bilinir.

525.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

ABŞ Prezidenti Co Baydenin administrasiyası son müdafiə büdcəsində yeni gəmilər üçün sifarişləri azaldıb və ölkə 2025-ci ildə yalnız bir sualtı qayıq istehsal edəcək.

Qeyd edək ki, bu, ABŞ-nin növbəti onillikdən əvvəl Avstraliyaya beş nüvə döyüş gəmisi satmaq öhdəliyini yerinə yetirmək qabiliyyətini sual altına qoyur.

Havar Şəfiyeva 

 





14.03.2024    çap et  çap et