525.Az

Çindən ABŞ-ə xəbərdarlıq: Tayvana silah satışını dayandırın!


 

Çindən ABŞ-ə xəbərdarlıq: <b style="color:red">Tayvana silah satışını dayandırın!</b>

ABŞ-nin Tayvana silah satışı adanı barut çəlləyinə çevirir və  sakinlərini ciddi təhlükə altında qoyur.

525.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Liu Penqyu danışıb.

Liu Pengyu bildirib ki, Birləşmiş Ştatların bu cür hərəkətləri "Tayvanın müstəqilliyini" müdafiə edən qüvvələrə yanlış siqnal göndərir. O, Pentaqonun Tayvan üçün 4 "MQ-9B SkyGuardian" pilotsuz uçan aparatının istehsalı üçün Amerika şirkətinə 250 milyon dollarlıq müqavilə verməsini belə şərh edib.

Çin tərəfi yenidən ABŞ-ni “vahid Çin” prinsipinə və üç birgə kommünikeyə riayət etməyə və Tayvana silah satışını dayandırmağa çağırır.

Havar Şəfiyeva 

 





14.03.2024    çap et  çap et