525.Az

Fransanın keçmiş prezidentinin oğlu vəfat etdi


 

Fransanın keçmiş prezidentinin oğlu vəfat etdi<b style="color:red"></b>

Fransanın keçmiş prezidenti general Şarl de Qollun oğlu, admiral Filip de Qoll 102 yaşında vəfat edib.

525.az xəbər verir ki, bu barədə "France İnfo" telekanalı məlumat yayıb.

"O, çərşənbə axşamından çərşənbəyə keçən gecə iki il yaşadığı Milli Əlillər İnstitutunda vəfat etdi", - deyə keçmiş Fransa liderinin nəvəsi və mərhumun oğlu İv de Qoll məlumat verib. 

"Franceinfo"nun qeyd etdiyi kimi, Filipp de Qoll 1986-2004-cü illərdə Parisdən senator olub. Məlumat üçün bildirək ki, sağlığında bir neçə hərbi yürüşlərdə iştirak edən dəniz zabiti atasının həyatından bəhs edən bir neçə əsər yazıb.

Havar Şəfiyeva 

 





13.03.2024    çap et  çap et