525.Az

Avstraliyada qızıl mədəni çökdü - 1 ölü


 

Avstraliyada qızıl mədəni çökdü - <b style="color:red">1 ölü</b>

Avstraliyanın Viktoriya ştatında qızıl mədəninin çökməsi nəticəsində bir nəfər ölüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, əyalət polisi Mount Clear bölgəsində qızıl mədəninin yerli vaxtla saat 17:00 radələrində çökdüyünü bildirib.

Hadisəyə müdaxilə edən polis və xilasetmə qrupları mədəndəki təhlükəsiz əraziyə sığınmağı bacaran 29 işçini xilas edib.

Polis təhlükəsiz əraziyə çata bilməyən və dağıntılar altında qalan iki işçidən birinin xilas edilərək xəstəxanaya yerləşdirildiyini və vəziyyətinin ağır olduğunu qeyd edib.

Qeyd edək ki, dağılan şaxtanın altında qalan digər işçinin də öldüyü açıqlanıb.

Malik Atilay

 





14.03.2024    çap et  çap et