525.Az

Bu ölkədə qadınlar hərbi xidmətə çağırılacaq


 

Bu ölkədə qadınlar hərbi xidmətə çağırılacaq<b style="color:red"></b>

Danimarka ilk dəfə olaraq qadınlara icbari hərbi xidmətin genişləndirilməsi və standart xidmət müddətinin artırılması planlarını açıqlayıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Danimarka NATO hədəflərinə çatmaq üçün növbəti beş il ərzində müdafiə büdcəsini təxminən 6 milyard dollar artırmaq istəyir.

Baş nazir Metter Frederiksen: "Biz müharibə istədiyimiz üçün yenidən silahlanmırıq. Müharibədən qaçmaq istədiyimiz üçün yenidən silahlanırıq", - deyib.

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya müharibə elan etməsindən sonra Avropada gərginlik artıb.

Çərşənbə günü islahatları elan edən Frederiksen hökumətin "cinslər arasında tam bərabərliyi" təmin etməyə çalışdığını deyib.

Müdafiə naziri Troels Lund Poulsen mövzu ilə bağlı: "Tam gender bərabərliyi də daxil olmaqla, daha güclü hərbi çağırış müdafiə problemlərinin həllinə, milli səfərbərliyə və silahlı qüvvələrimizin şəxsi heyətinə töhfə verməlidir", - söyləyib.

Qeyd edək ki,  indiyə qədər Danimarkada qadınlar könüllü olaraq orduya qatılsalar da, kifayət qədər könüllü olduğu və qanuni olaraq 4 ay xidmət etdikləri üçün kişilər lotereya sistemi ilə çağırılırdılar.

Malik Atilay

 





14.03.2024    çap et  çap et