525.Az

Ukrayna ilə təhlükəsizlik müqaviləsi Fransa Senatından keçib


 

Ukrayna ilə təhlükəsizlik müqaviləsi Fransa Senatından keçib<b style="color:red"></b>

Fransa Senatı Ukrayna ilə imzalanan təhlükəsizlik sahəsində əməkdaşlıq sazişini təsdiqləyib.

525.az xəbər verir ki, Fransanın Ukrayna ilə fevralın 16-da imzaladığı əməkdaşlıq müqaviləsi Senatda səsverməyə çıxarılıb. Müqavilə 293 lehinə, 22 əleyhinə səsi ilə qəbul edilib.

Baş nazir Qabriel Attal səsvermədən əvvəl çıxış edərək: "Bizim üçün Ukraynaya arxa çevirmək öz dəyərlərimizə arxa çevirmək deməkdir", - deyib.

Məhəmməd Tağıyev

 





14.03.2024    çap et  çap et