ABŞ-nin Nyu-Meksiko ştatının Linkoln bölgəsində bir nəfər vəbadan ölüb.
525.az xəbər verir ki, Nyu-Meksiko Səhiyyə Müdirliyinin martın 8-də verdiyi açıqlamadan sonra vəbadan ölən şəxslə bağlı xəbərlər ABŞ mətbuatında geniş işıqlandırılıb.
Səhiyyə Müdirliyinin yazılı açıqlamasında Linkoln bölgəsində vəba xəstəliyinə tutulan şəxsin xəstəxanaya yerləşdirildikdən sonra həyatını itirdiyi bildirilib.
Qeyd edək ki, hadisənin 2020-ci ildən bəri Nyu-Meksikoda vəbadan ölən ilk insan olaraq qeydə alındığı açıqlanıb.

Məhəmməd Tağıyev
çap et