525.Az

Parisdə Fələstin xalqı ilə həmrəylik nümayişi keçirilib


 

Parisdə Fələstin xalqı ilə həmrəylik nümayişi keçirilib<b style="color:red"></b>

Fransanın paytaxtı Parisdə tələbələr nümayiş keçirərək Fələstin xalqı ilə həmrəyliyə çağırış ediblər.

525.az xəbər verir ki, Parisdə Fələstinə dəstək verən tələbələr Sorbon meydanında bir araya gəlib. Nümayişçilər "Yaşasın Fələstin",  "İnsanlıq öldürülür" kimi şüarlar səsləndirib və yerə şamlar düzərək "Azad Fələstin" yazıblar.

Fələstinlilərlə həmrəylik çağırışı ilə təşkil edilən nümayişdə İsrail bombardmanlarına məruz qalan Qəzzalı şair, yazıçı və sənətçilərin bölgədəki təcrübələri ilə bağlı məqalələri də oxunub.

Məhəmməd Tağıyev

 





14.03.2024    çap et  çap et