ABŞ ordusu Suriyanın Həsəkə və Deyr əz-Zor bölgələrində terror təşkilatı PKK-nın işğal etdiyi bölgələrdəki bazalarına 40 maşından ibarət əlavə hərbi qüvvə göndərib.
525.az xəbər verir ki, ABŞ qüvvələrinin karvanı ötən gecə İraq və Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından Həsəkəyə daxil olub. ABŞ əsgərlərini daşıyan 5-i "Bradley" tipli zirehli maşın da daxil olmaqla 40 maşından ibarət karvan əvvəlcə Rumeylan qəsəbəsindəki hərbi bazaya gəlib.
Yanacaq tankerləri, tibbi ləvazimatlar və alçaq hündürlükdə hava hücumundan müdafiə radarlarından ibarət karvan daha sonra Fərat çayının şərq sahilindəki Ömər neft yatağındakı bazaya doğru hərəkət edib.
Məhəmməd Tağıyev
çap et