Yaponiyanın şimal-şərqində, Fukusima şəhərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
525.az APA-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Hadisə nəticəsində tələfat və dağıntılar barədə hər hansı məlumat daxil olmayıb.
Yeraltı təkanlardan sonra seysmoloqlar ölkənin şimal-şərq sahilləri üçün sunami təhlükəsi elan ediblər, lakin bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.
Həmçinin "Fukusima-1" atom elektrik stansiyasında müvafiq fövqəladə yoxlamalar aparılır. Zəlzələ Yaponiyanın şimal-şərqində və mərkəzi hissəsində yerləşən yeddi prefekturada, həmçinin Fukusima, Miyaqi və Tokioda hiss olunub.
Xatırladaq ki, 2011-ci il martın 11-də Yaponiyanın Fukusima prefekturasında 9 bal gücündə zəlzələ baş verib. Faciə nəticəsində 18 423 nəfər həlak olub.
çap et