525.Az

Yanvar-fevral aylarında 65 mindən çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib


 

Yanvar-fevral aylarında 65 mindən çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-fevral aylarında 65 min 142 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

525.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 30 min 115 nəfəri “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib.

İki ay ərzində 1 625 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həm agentliyin Peşə Hazırlığı mərkəzlərində, həm də özəl tədris müəssisələrində peşə hazırlığı kursları təşkil edilib.

Digər bir istiqamət olaraq 33 min 402 şəxsə peşəyönümü xidmətlər göstərilib.

 





15.03.2024    çap et  çap et