525.Az

Əmək pensiyasının minimum məbləğinin artırılması təklif edilir


 

Əmək pensiyasının minimum məbləğinin artırılması təklif edilir<b style="color:red"></b>

Əmək pensiyasının minimum məbləğinin artırılması təklif edilib.

525.az “Report”-a istinadən  xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, son illər bu sahədə dövlət tərəfindən mühüm tədbirlər həyata keçirib: "Ancaq imkan daxilində bu məsələnin diqqətdə saxlanılmasına ehtiyac var".

Deputat bildirib ki, ölkədə maliyyə və bankçılıq sahəsində dövlət tərəfindən də bir çox tədbirlər həyata keçirilib, qanunvericilik bazası daha da təkmilləşdirilib: "Əvvəlki illərlə müqayisədə kredit faizlərində azalma olsa da xüsusilə istehlak və biznes kreditlərinin faizlərinə yenidən baxılmasına ehtiyac var".

 





15.03.2024    çap et  çap et