525.Az

Somalidə oteldə terror aktı törədilib


 

Somalidə oteldə terror aktı törədilib<b style="color:red"></b>

Somalidə "Əş-Şəbab" terror təşkilatı paytaxt Moqadişoda bir otelə bombalı və silahlı hücum təşkil edib.

525.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Somali Prezident Sarayının yaxınlığında yerləşən oteldə baş verib.

"Əl-Şəbab" təşkilatı üzvləri tərəfindən həyata keçirilən hücumda hökumət sözçüsü Farhan Muhammed Jimale, Somali polisinin yüksək rütbəli komandirlərindən Abdihamid Abdullahi Fanax, oteldəki jurnalistlər və bəzi parlament üzvləri də daxil olmaqla çox sayda insan yaralanıb.

Yerli mətbuatda yer alan xəbərlərdə bəzi millət vəkillərinin hadisədə həyatını itirdiyi iddia edilib.

Qeyd edək ki, hökumət hələlik hücumla bağlı açıqlama verməyib. Hücuma görə məsuliyyəti “Əl-Şəbab” təşkilatı üzərinə götürüb.

Malik Atilay 

 





15.03.2024    çap et  çap et