Koreya Respublikası və ABŞ Hərbi Hava Qüvvələri Şimalın təhdidlərinə qarşı birgə təlim keçirib.
525.az xəbər verir ki, Koreya Hərbi Hava Qüvvələri bu gün başa çatacaq hava təliminə iki ölkədən 40 təyyarənin qatıldığını bildirib.
Mövzu ilə bağlı açıqlamada ABŞ və Koreyanın hava qüvvələrinin ortaq təlimində əsl sursatdan istifadə edildiyi, pilotların Şimali Koreya təhdidinə qarşı qanadlı raketlər və idarə olunan bombalarla atış təlimi keçdiyi bildirilib.
Qeyd edək ki, bu iki ölkənin ortaq müdafiə duruşunu gücləndirmək məqsədi ilə təşkil etdiyi "Azadlıq Qalxanı" adlı 11 günlük birgə təlim də martın 14-də başa çatıb.
Məhəmməd Tağıyev
çap et