525.Az

ABŞ-nin 3 ştatına təsir edən qasırğada 2 nəfər ölüb


 

ABŞ-nin 3 ştatına təsir edən qasırğada 2 nəfər ölüb<b style="color:red"></b>

ABŞ-nin Ohayo, Kentukki və İndiana ştatlarını vuran qasırğa nəticəsində iki nəfər ölüb, onlarla yaşayış evi dağılıb.

525.az xəbər verir ki, Ohayo ştatının rəsmiləri Bellefonteyn şəhərində fırtına nəticəsində 2 nəfərin öldüyünü, çox sayda insanın isə ağır yaralandığını bildirib. Səlahiyyətlilər, əyalətin Plimut şəhərində bəzi yaşayış evlərinin də fırtına səbəbindən zərər gördüyünü qeyd edib.

Kentukki qubernatoru Endi Beşar isə Milton şəhərində 100-dən çox tikilinin zədələndiyini bildirib.

Qeyd edək ki, İndiana Ştat Polisindən verilən açıqlamada Vinçester şəhərində fırtına səbəbiylə çox sayda insanın yaralandığı və zərər miqdarının müəyyən edilməsi üçün işlərin davam etdiyi vurğulanıb.

Məhəmməd Tağıyev

 





15.03.2024    çap et  çap et