525.Az

Yunanıstanda 4 polis məmuru saxlanılıb


 

Yunanıstanda 4 polis məmuru saxlanılıb<b style="color:red"></b>

Yunanıstanın paytaxtı Afina yaxınlığındakı immiqrantların qəbulu mərkəzində çalışan 4 sərhəd polisi bir mühacirə qarşı fiziki zorakılıq tətbiq etdikləri səbəbi ilə saxlanılıb.

525.az xəbər verir ki, Vətəndaşların Müdafiəsi Nazirliyinin açıqlamasında şikayət əsasında aparılan araşdırma zamanı 4 sərhəd polisinin mərkəzdə qalan immiqrantı döydüyünün üzə çıxdığı bildirilib.

Açıqlamada mühacirin aldığı zərbələrdən sonra qabırğasının sındığı və polislərin müvafiq prokurorluğa sövq edildiyi vurğulanıb.

Sözügedən polislərin fiziki zorakılıqda günahlandırıldığı və immiqrantın müalicəsinin davam etdiyi qeyd edilib.

Məhəmməd Tağıyev

 





15.03.2024    çap et  çap et