525.Az

Avropa müdafiə sənayesinə 500 milyon avro dəstək


 

Avropa müdafiə sənayesinə 500 milyon avro dəstək<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Komissiyası silah-sursat istehsal gücünü artırmaq üçün Avropa şirkətlərinə 500 milyon avro maliyyə ayıracağını açıqlayıb.

525.az xəbər verir ki, Aİ Komissiyasından verilən yazılı açıqlamada Sursat İstehsalına Dəstək Aktı (ASAP) çərçivəsində Avropa müdafiə sənayesinə 500 milyon avro veriləcəyi bildirilib.

Açıqlamada: "Bu, Avropa müdafiə sənayesinə 2025-ci ilin sonuna qədər sursat istehsal gücünü ildə 2 milyon mərmiyə çatdırmağa imkan verəcək", - deyə bildirilib.

Məhəmməd Tağıyev

 





15.03.2024    çap et  çap et