ABŞ Macarıstanın Baş naziri Viktor Orbana yalan və böhtanlar yağdırır.
525.az xəbər verir ki, bu sözləri Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto özünün feysbuk səhifəsində yazıb.
“Müharibə, miqrasiya tərəfdarı olan ABŞ Demokratik hökuməti Macarıstana qarşı yalan kampaniyasını davam etdirir. Bu dəfə prezidentin milli təhlükəsizlik üzrə baş köməkçisi ümumi xorun tərkibində çıxış edib” - deyə o, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın sözlərini şərh edib.
Siyarto bildirib ki, Sullivanın hücumları Vaşinqtonun ağır vəziyyətdə olduğunu açıq şəkildə göstərir. "Avropa mütərəqqi-liberal dənizinin ortasında hələ də fəxrlə elan etdiyimiz bir ada var: müharibə, miqrasiya yoxdur!", - deyə diplomat vurğulayıb.
Qeyd edək ki, Siyarto əvvəllər ABŞ Prezidenti Co Baydenin Macarıstanın Baş naziri Viktor Orban haqqında söylədiklərinin yalan olduğunu və onun bütün macar xalqını təhqir etdiyini bildirib.
Havar Şəfiyeva
çap et