ABŞ Prezidenti Co Baydenin administrasiyası impiçment prosesinin dayandırılması barədə ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consona məlumat verib.
525.az xəbər verir ki, bu barədə "Axios" yazır.
Ağ Evin müşaviri Edvard Siskelin Consona Baydenin oğlu Hunterin işində mümkün iştirakı ilə bağlı istintaqı dayandırmaq üçün məktub göndərdiyi bildirilir. Jurnalistlər qeyd edirlər ki, Baydenin müşaviri istintaqın hazırkı nəticələrindən respublikaçıların məyus olması fonunda prosedurun dayandırıldığını elan edib.
Qeyd edək ki, "Politico" nəşri əvvəllər Hunter Baydenin odlu silah saxlama iddiasının atasının yenidən seçilmək iddiasına mane ola biləcəyini irəli sürüb.
Havar Şəfiyeva
çap et