525.Az

Rusiyada prezident seçkilərində seçici fəallığı 55 faizi ötüb


 

Rusiyada prezident seçkilərində seçici fəallığı 55 faizi ötüb<b style="color:red"></b>

Moskva vaxtı ilə saat 20:19-a (Bakı vaxtı ilə saat 21:19) olan məlumata görə, Rusiya Federasiyasında keçirilən prezident seçkilərində seçicilərin ümumi fəallığı 55,10 % təşkil edib.

525.az-ın xəbərinə görə, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.

“Səsvermənin gedişi 55,10 faizdir”, - MSK-nın saytında məlumat verilir.

Məlumatlar məsafədən elektron səsvermədə seçici fəallığını nəzərə alınmır. (Report) 

 





16.03.2024    çap et  çap et