525.Az

Rusiyanı Ermənistan və Gürcüstanla birləşdirən yol bağlanıb


 

Rusiyanı Ermənistan və Gürcüstanla birləşdirən yol <b style="color:red">bağlanıb</b>

Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən Gürcüstan Hərbi yolu əlverişsiz hava şəraiti ilə əlaqədar bağlıdır.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, əlverişsiz hava şəraitinə görə martın 15-də hər iki istiqamət üzrə yol nəqliyyatın hərəkəti üçün bağlanıb.

Rusiya tərəfdə yolun açılmasını gözləyən yük maşınlarının sayı 979-a çatıb.

Qeyd edək Ki, Gürcüstan Hərbi yolu hazırda Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.

 





17.03.2024    çap et  çap et