525.Az

Rusiya səfiri Rumıniya XİN-ə ÇAĞRILDI


 

Rusiya səfiri Rumıniya XİN-ə <b style="color:red">ÇAĞRILDI</b>

Rusiya səfiri Valeri Kuzmin Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb.

525.az xəbər verir ki, buna səbəb Rumıniya qızılı ilə bağlı şərhlər olub.

Belə ki, martın 14-də Avropa Parlamenti “Rusiya tərəfindən qanunsuz olaraq mənimsənilmiş Rumıniya milli sərvətlərinin geri qaytarılması haqqında” qətnamə qəbul edib. Söhbət o cümlədən 1916-1917-ci illərdə Rusiya imperiyasına aparılan qızıl və tarixi arxivlərdən gedir.

Rusiya səfirliyi Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Rumıniyanın Üçüncü Reyxlə birlikdə SSRİ-yə hücum etdiyini” bildirən və Buxarestin Moskvaya olan borclarının silindiyini xatırladan bəyanatı ilə cavab verib.

 





17.03.2024    çap et  çap et