525.Az

Müəllim hazırlığı: müasir standartlar və günün tələbləri


 

Müəllim hazırlığı: müasir standartlar və günün tələbləri<b style="color:red"></b>

Son illər müəllim hazırlığı sahəsində aparılan islahatlar çərçivəsində bakalavr pilləsində ibtidai sinif müəllimlərinin hazırlanması üçün yeni kurikulum tərtib edilib onun ölkənin üç ali pedaqoji təhsil müəssisəsində eksperiment şəklində tətbiqinə başlanılıb. Yeni kurikulumda praktik müəllim hazırlığını təmin edən fənlərin sayı artırılıb müəllim hazırlığına yeni yanaşmaları əks etdirənTəhsilin əsaslarıadlı fənnin tədrisi həyata keçirilib. Bu fənnin tətbiq edilməsi haqqında qərar Azərbaycanda müəllim hazırlığı məsələlərinin təhlilinə müəllim hazırlığına dair müasir dünya təcrübəsinə əsaslanaraq qəbul edilib. Artıq eksperiment şəklində tədrisinə başlanılanTəhsilin əsaslarıfənnində nəzərdə tutulan məqsədlərə nail olunması, vəzifələrin yerinə yetirilməsi təlim nəticələrinin əldə edilməsi üçün təlimin təşkili məsələləri xüsusi əhəmiyyətə malikdir.

Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, müəllimlər diqqətlərini şəxsiyyətyönümlü tədris üzərində cəmləşdirməzdən əvvəl öyrənənlərin özlərinə öyrənmə prosesində olan şəxs kimi yanaşmalıdırlar: “Bir çox müəllimlər belə hesab edirlər ki, onlar yaxşı müəllimlərdir, çünki onlar müxtəlif metodlardan istifadə edirlər. Əlbəttə, müəllimlər müxtəlif metodlardan istifadə edə bilərlər. Lakin əgər istifadə edilən metodlar öyrənmə prosesinə yenilik gətirmirsə, bu metoddan istifadə etmək lazım deyil. Müəllimlər tədricən öyrənmə prosesinə yenilik gətirməyən ənənəvi metodlardan əl çəkməli mümkün qədər yeni metodlar axtarmalıdırlar”. M.Mərdanov deyib ki, 2007-ci ildəAzərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil müəllim hazırlığının Konsepsiya StrategiyasıNazirlər Kabineti tərəfindən təsdiq edilib müəllim hazırlığı sahəsində dövlət siyasəti müəyyənləşdirilib. Təhsil Nazirliyinin müvafiq əmri ilə üç ali təhsil müəssisəsinin bakalavr pilləsindəTəhsilin əsaslarıfənnini tədris edəcək müəllimlər treninqlərə cəlb edilib həmin ilin sentyabrından ilkin müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyan pilot layihə ali təhsil müəssisəsində tətbiq olunmağa başlanılıb: “Artıq iki ildir ki, hər semestr başlamazdan əvvəl Pedaqoji Universitet, Müəllimlər İnstitutu onun filialları, Gəncə Dövlət Universitetinin pedaqogika kafedrasının müəllimləri müvafiq kurslara cəlb edilir. Bu mərhələdə əvvəlki üç semestrdə auditoriya şəraitində öyrənilmiş məsələlərin məktəb şəraitində praktikadan keçirilməsi nəzərdə tutulmuşdur. “Təhsilin əsaslarıfənnininMəktəbin idarə edilməsi təlimin təşkilinin metodologiyası praktikasıbölməsi bu baxımından xüsusi əhəmiyyət daşıyır: “Təcrübə zamanı əvvəlcə, məktəbdə mövcud vəziyyətin araşdırılması nəzərdə tutulmuşdu. Bu mərhələdə məktəbin yerləşdiyi yer, şagirdlərin sayı, şagirdlərin sosial vəziyyəti, onların valideynlərinin təhsil səviyyəsi araşdırılmalı idi. Eyni zamanda, məktəb rəhbərliyinin aparılan islahatlarla bağlı məlumatlılıq səviyyəsi ona münasibəti, məktəb rəhbərliyinin məktəbin idarə edilməsində əldə rəhbər tutduğu prinsiplər, eləcə məktəbdə kollektiv üzvlərinin qarşılıqlı münasibətləri əməkdaşlığının səviyyəsinin tədqiq edilməsi planda vardı. Məktəbin maddi-texniki bazası, təhsilin səviyyəsinin tədqiqi məktəbdə mövcud vəziyyətin araşdırılması baxımından əhəmiyyətli məsələlər hesab edilir”.

Nazirin dediyinə görə, növbəti mərhələdə Təhsil Nazirliyinin müvafiq sənədlərindən Təhsil Sahəsində İslahat Layihəsinin fəaliyyət planlarından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə tərtib edilən məktəb şurasının, məktəb direktorunun, direktor müavinlərinin, metodbirləşmə sədrinin sinif müəllimlərinin fəaliyyət planları, onların icrası yolları, icra müddətinin araşdırılması həyata keçirilib. Əlaqəlilik varisliyin gözlənilməsilə fəaliyyət planlarında kurikulum islahatı, müəllimlərin ixtisasartırmaya cəlbi, yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi, yeni tədris materialları texniki avadanlıqlardan istifadə, kitabxanadan istifadənin səmərəliliyinin yüksəldilməsi kimi mühüm məsələlərin tətbiqinin məktəb sənədlərində nəzərə alınması vəziyyəti məktəbdə bu istiqamətdə aparılan işlərin səviyyəsi haqqında kifayət qədər məlumat əldə etməyə imkan verib. Təhsil naziri vurğulayıb ki, təcrübə müddətində həm sinifdə mövcud vəziyyət araşdırılıb. Şagirdlərin fiziki fizioloji sağlamlığı, idrak səviyyəsi, mənəvi-psixoloji vəziyyəti, sosial vəziyyəti, hazırlıq səviyyəsi, maraq ehtiyacları, milli, dini mənsubiyyətlərinin araşdırılması, onlara fərdi yanaşmaq, hər bir şagirdi öyrənmə prosesinə fəal şəkildə cəlb etmək bununla təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq baxımından çox əhəmiyyətlidir: “Təcrübə müddətindəŞagirdin məlumat kartıhazırlanıb. Sonda sinifdə mövcud vəziyyət haqqında kifayət qədər məlumatlı təcrübəçilər müxtəlif qruplara ayrılmaqla müəllimin plan-proqramı üzrə ardıcıllığı gözləməklə qarşılıqlı dərslər nümayiş etdirilib”.

 M.Mərdanov qeyd edib ki, “Təhsilin əsaslarıfənninin təlimin təşkilində təlim metodlarında, fənnin məzmun əsas istiqamət xəttində praktik biliyə, pedaqoji bacarıq vərdişlərin formalaşdırılmasına üstünlük verilməsi məsələsinə daha çox fikir verilməlidir: “Həmçinin təlim metodlarında, fənnin məzmun əsas istiqamət xəttində praktik biliyə, pedaqoji bacarıq, vərdişlərin formalaşdırılması üstün tutulmalıdır. Müəllimlər diqqətini şəxsiyyətyönümlü tədris üzərində cəmləşdirməzdən əvvəl öyrənənlərin özlərinə öyrənmə prosesində olan şəxs kimi yanaşmalıdırlar. Nəzərə almaq lazımdır ki, “Təhsilin əsaslarıfənni sosioloji, psixoloji, tarixi fəlsəfi əsaslara deyil, daha çox təhsilə, sinifdə baş verən proseslərə istinad etməlidir. Məsləhətləşmə, qarşılıqlı əlaqə müzakirə proseslərinə həvəs yaradılmasına gəlincə, müəllimlər bir faktı unutmamalıdırlar ki, tələbələr gələcəkdə şagirdləri özləri öyrəndikləri metodlarla öyrətməyə meyil göstərəcəklər. Müəllimlər məsləhətləşmə, qarşılıqlı əlaqə, müzakirə etməklə müəyyən nümunələr yarada bilərlər. Nəticədə tələbələr sual vermək, tənqid etmək s. üsullarla öyrənməyə çalışırlar gələcəkdə öz fəaliyyətlərində bu metodlardan istifadə etməyə səy göstərirlər. Öyrənənlərin başa düşməsinə kömək etmək müəllimlərin qarşısında duran ən vacib məsələlərdən biridir. Müəllimlər öyrənənlərə sadəcə olaraq fənn haqqında bilikləri ötürməklə deyil, biliklərin mahiyyətini başa düşməkdə kömək etməlidirlər. Öyrənənlərə izah edilməlidir ki, onlar əzbərçiliyə deyil, biliklərin mahiyyətini başa düşməyə səy göstərməlidirlər. Əgər öyrənənlərə başa düşməkdə köməklik göstərilməzsə, onlar öz biliklərini müstəqil şəkildə tətbiq etməkdə çətinlik çəkirlər buna maraq göstərmirlər. Müəllimlər bu məsələlərə dair nümunələr hazırlamalıdırlar. Öyrənmə prosesində öyrənənlərə kömək etmək üçün digər tərəflərlə məsləhətləşmələrin aparılması: Məlumdur ki, təhsil prosesinə bir çox insanlar qoşulmuş olur. Öyrənmə prosesini daha səmərəli etmək üçün müəllimlər daim bu insanlarla məsləhətləşmələr aparmalıdırlar. Tədris prosesinin inkişafının bir hissəsi kimi eksperiment aparılması bu prosesin dəstəklənməsi: ümumiyyətlə götürdükdə tədrisin keyfiyyətli olması tədris prosesinin inkişaf etdirilməsi müəllimlərin apardığı eksperimentlər sayəsində mümkün olur. Eksperimentlər aparmaq heç o demək deyildir ki, müəllimlər tədris prosesində hər hansı bir ekstremal fəaliyyət növü göstərməlidirlər. Sadəcə olaraq onlar öz işlərini digərləri ilə birgə müzakirə etməli, öyrənənlər haqqında müxtəlif məlumatlar torlamalı müxtəlif yanaşma metodları axtarmağa cəhd etməlidirlər. Yaxşı olar ki, yeni ideya barəsində ilk əvvəl öyrənənlərin özləri ilə məsləhətləşmələr aparılsın. Tədris prosesi zamanı yaranan çətinliklərin aradan qaldırılması. Müəllimlər tədris prosesində yaranan çətinlikləri aradan qaldırmaq üçün yollar axtarmalıdırlar. Bu barədə digər təcrübəli müəllimlərlə müzakirələrin aparılması da faydalı olar. İnklüziv təhsil yanaşmalarının tətbiq edilməsi. Tələbələrin irqindən, dini mənsubiyyətindən, mədəniyyətindən, etnik tərkibindən, cinsindən, əqli qüsurundan, sosial-iqtisadi məsələlərdən asılı olmayaraq hamı üçün inklüziv təhsil imkanları yaradılmalıdır. Tələbələr inklüziv təhsil yanaşmaları ilə bilavasitə auditoriyada əyani formada tanış olmalıdırlar. Müəllimlər başa düşməlidir ki, öyrənənlərin dəstəklənməsi sadəcə olaraq texniki məsələ deyil, etik məsələdir. Öyrənmə prosesində öyrənənlərə qayğı göstərmək müəllimlərin mənəvi borcudur. Texniki yanaşmada müəyyən mövzu haqqında bilik verilir, öyrənmə dərketmə məsələsinə bir o qədər diqqət göstərilmir.

Öyrənənlərdə özünüqiymətləndirmə özləri haqqında mühakimə yürütmək hissinin formalaşdırılması: Öyrənənlərin öyrənmə prosesinə dəstək olmaq üçün dərs prosesində müxtəlif dəyişkən yanaşmalardan istifadə edilməsi. Keyfiyyətli tədris dəyişkən xarakterlidir tədrisdə dəyişikliklər edilməsi yalnız dəyişikliklər naminə deyil, öyrənənlər üçün geniş imkanlar yaradılması məqsədilə edilməlidir”.

 M.Mərdanovun sözlərinə əsasən, müəllimlər tələbələri qrup halında yaxud digər üsullarla diskussiya aparmağa həvəsləndirməlidirlər: “Belə diskussiyalar nəticəsində tələbələr bir-birindən çox şey öyrənə bilərlər. Yaxşı olar ki, tələbələrtəbii öyrənməforması hesab edilən diskussiyalarda həvəslə iştirak etməyə cəlb edilsinlər. Belə diskussiyalarda siz diskussiya mövzusunu kurikulumda nəzərdə tutulmuş mövzulara yönəltməyə cəhd edilməlidir.

Tələbələrin qarşısında dayanaraq uzun müddət danışmaq lazım deyil. Müəllimlərin bu şərtə əməl etmələri xüsusilə vacibdir. Müəyyən mövzuları şagirdlərə təqdim etməyə çox vaxt ayırmamalı şagirdlərdən müəyyən mövzuları danışmaq üçün çox vaxt sərf etməkləri tələb edilməməlidir. Yaxşı olar ki, onların eksperiment aparmasına müstəqil düşünüb nəticə çıxarmasına şərait yaradılsın. Əgər onlar özləri düşünüb müstəqil nəticə çıxararkən yanlışlıqlara yol verirlərsə, onlara istiqamət verilməli ya düşünüb nəticə çıxarmaq üçün digər bir mövzu təklif edilməlidir. Öyrənənlərlə çox da yumşaq rəftar etməyə ehtiyac yoxdu. Özləri düşünüb nəticə çıxarmaq üçün tənbəllik edən tələbələri müəllimlər heç vaxt qəbul etməməli onlara başa salmalıdırlar ki, gələcəkdə yaxşı müəllim olmaq üçün onlar indidən düşünüb nəticə çıxarmaq vərdişləri əldə etməlidirlər. Müəllimlər heç vaxt başqasının işindən üzü köçürülmüş redaktə edilməmiş yazılı işləri qəbul etməməlidirlər. Onlar belə tələbələrdən bu işi yenidən etməyi xahiş etməlidirlər. Əgər bu işə laqeyd yanaşsalar, tələbələr öz gələcək fəaliyyətlərində onların etdiyi kimi, laqeyd olacaqlar”.

Nazirin sözlərinə əsasən, “Təhsilin əsaslarıfənninin təlimin təşkilində bəzi məsələlərə daha çox fikir verilməlidir. Məsələn, təlim metodlarında, fənnin məzmun əsas istiqamət xəttində  praktik biliyə, pedaqoji bacarıq vərdişlərin formalaşdırılmasına üstünlük verilməlidir: “Müəllimlər diqqətlərini şəxsiyyətyönümlü tədris üzərində cəmləşdirməzdən əvvəl öyrənənlərin özlərinə öyrənmə prosesində olan şəxs kimi yanaşmalıdırlar.  Bir çox müəllimlər belə hesab edirlər ki, onlar yaxşı müəllimlərdir, çünki onlar müxtəlif metodlardan istifadə edirlər. Əlbəttə, müəllimlər müxtəlif metodlardan istifadə edə bilərlər. Lakin əgər istifadə edilən metodlar öyrənmə prosesinə yenilik gətirmirsə, bu metoddan istifadə etmək lazım deyil. Müəllimlər tədricən öyrənmə prosesinə yenilik gətirməyən ənənəvi metodlardan əl çəkməli mümkün qədər yeni metodlar axtarmalıdırlar. Nəzərə almaq lazımdır ki, “Təhsilin əsaslarıfənni sosioloji, psixoloji, tarixi fəlsəfi əsaslara deyil,  daha çox təhsilə, sinifdə baş verən proseslərə  istinadlanmalıdır. Məsləhətləşmə, qarşılıqlı əlaqə müzakirə rroseslərinə həvəs yaradılması. Müəllimlər bir faktı unutmamalıdırlar ki, tələbələr gələcəkdə şagirdləri özləri öyrəndikləri metodlarla öyrətməyə meyil göstərəcəklər. Müəllimlər məsləhətləşmə, qarşılıqlı əlaqə, müzakirə etməklə müəyyən nümunələr yarada bilərlər. Nəticədə tələbələr sual vermək, tənqid etmək sair üsullarla öyrənməyə çalışırlar gələcəkdə öz fəaliyyətlərində bu metodlardan istifadə etməyə səy göstərirlər. Öyrənənlərin başa düşməsinə kömək etmək müəllimlərin qarşısında duran ən vacib məsələlərdən biridir. Müəllimlər öyrənənlərə sadəcə olaraq fənn haqqında bilikləri ötürməklə deyil, biliklərin mahiyyətini başa düşməkdə kömək etməlidirlər. Öyrənənlərə izah edilməlidir ki, onlar əzbərçiliyə deyil, biliklərin mahiyyətini başa düşməyə səy göstərməlidirlər. Əgər öyrənənlərə başa düşməkdə köməklik göstərilməzsə, onlar öz biliklərini müstəqil şəkildə tətbiq etməkdə çətinlik çəkirlər buna maraq göstərmirlər. Müəllimlər bu məsələlərə dair nümunələr hazırlamalıdırlar. Öyrənmə prosesində öyrənənlərə kömək etmək üçün digər tərəflərlə məsləhətləşmələrin ararılması. Məlumdur ki, təhsil prosesinə bir çox insanlar qoşulmuş olur. Öyrənmə prosesini daha səmərəli etmək üçün müəllimlər daim bu insanlarla məsləhətləşmələr  ararmalıdırlar. Tədris prosesinin inkişafının bir hissəsi kimi  eksperiment ararılması bu prosesin dəstəklənməsi. Ümumiyyətlə götürdükdə tədrisin keyfiyyətli olması tədris prosesinin inkişaf etdirilməsi müəllimlərin arardığı eksperimentlər sayəsində mümkün olur. Eksperimentlər aparmaq heç o demək deyildir ki, müəllimlər tədris prosesində hər hansı bir ekstremal fəaliyyət növü göstərməlidirlər. Sadəcə olaraq onlar öz işlərini digərləri ilə birgə müzakirə etməli, öyrənənlər haqqında müxtəlif məlumatlar toplamalı müxtəlif yanaşma metodları axtarmağa cəhd etməlidirlər. Yaxşı olar ki, yeni ideya barəsində ilk əvvəl öyrənənlərin özləri ilə məsləhətləşmələr aparılsın”.

Tədris prosesi zamanı yaranan çətinliklərin aradan qaldırılması məsələsinə gəlincə M.Mərdanov bildirib ki,  müəllimlər tədris prosesində yaranan çətinlikləri aradan qaldırmaq üçün yollar axtarmalıdırlar. Bu barədə digər təcrübəli müəllimlərlə müzakirələrin aparılması da faydalı olar: “İnklüziv təhsil yanaşmalarının tətbiq edilməsi. Tələbələrin irqindən, dini mənsubiyyətindən, mədəniyyətindən, etnik tərkibindən, cinsindən, əqli qüsurundan, sosial-iqtisadi məsələlərdən asılı olmayaraq hamı üçün inklüziv təhsil imkanları yaradılmalıdır. Tələbələr inklüziv təhsil yanaşmaları ilə bilavasitə auditoriyada əyani formada tanış olmalıdırlar. Müəllimlər başa düşməlidir ki, öyrənənlərin dəstəklənməsi sadəcə olaraq texniki məsələ deyil, etik məsələdir. Öyrənmə prosesində öyrənənlərə qayğı göstərmək müəllimlərin mənəvi borcudur.  Texniki yanaşmada müəyyən mövzu haqqında bilik verilir, öyrənmə dərketmə məsələsinə bir o qədər diqqət göstərilmir. Öyrənənlərdə özünüqiymətləndirmə özləri haqqında mühakimə yürütmək hissinin formalaşdırılması. Öyrənənlərin öyrənmə prosesinə dəstək olmaq üçün dərs prosesində müxtəlif dəyişkən yanaşmalardan istifadə edilməsi. Keyfiyyətli tədris dəyişkən xarakterlidir tədrisdə dəyişikliklər edilməsi yalnız dəyişikliklər naminə deyil, öyrənənlər üçün geniş imkanlar yaradılması məqsədilə edilməlidir”. 

M.Mərdanov deyir ki, “Təhsilin əsaslarıfənni ilə inteqrasiya olunmuş pedaqoji təcrübə təcrübə müddətinin sonunda şagirdlər məktəb, məktəb qaydaları, məktəb kollektivi, təlim-tədris prosesləri haqqında məlumatlar əldə edirlər, məktəb mühitinə uyğunlaşaraq özlərini gələcək müəllim kimi hiss edirlər, uşaqlar haqqında, onların evdə kənar yerlərdə, ilk dəfə düşdüyü mühitdə keçirdikləri hiss həyəcanlar haqqında biliyə malik olurlar. Uşaqların məktəb müəllimlər haqqında düşüncələrini öyrənirlər, verilən biliyin praktik istiqamətinə üstünlük verməyi öyrənirlər, öyrətmənin müxtəlif strategiyaları ilə tanış olurlar. Öyrətmədə oyunun rolunu əhəmiyyətini dərk edirlər, təlimdə səmərəli ünsiyyət prosesinin yaradılmasının vacibliyini dərk edirlər, inklüziv təhsilin özəlliklərini başa düşürlər  üsullarını mənimsəyirlər, uşaqların öz hüquqlarını bilmələrinin əhəmiyyətini dərk edirlər. Təhsili pedaqoji fəaliyyəti tənzimləyən normativ-hüquqi sənədlərlə tanış olur, bu sənədlərlə işləmək üzrə bacarıq vərdişlər əldə edirlər, müəllimlər üçün standartların əhəmiyyətini dərk edirlər. Müəllimin peşəkarlıq səviyyəsinin inkişafını davamlı bir proses kimi dərk edirlər, peşəkarlıq səviyyəsinin inkişafı yolları ilə tanış olub onları öz gələcək fəaliyyətlərində tətbiq edə bilirlər, liderlik qabiliyyətinin inkişaf etdirilməsinin yollarını mənimsəyirlər, məktəbin tədris prosesinin təkmilləşdirilməsində müəllimin rolunu başa düşürlər. Fənnin tədrisində innovasiyaların yaradıcılığın vacibliyini dərk edirlər, təlim prosesinin iştirakçıları arasında qarşılıqlı fəaliyyətiöyrənmə idrak fəaliyyətini səmərəli təşkil etməyi,  idrak prosesinin səmərəliliyini yüksəltməyə təsir edən amilləri vahid bir məqsədə yönəltməyi, sinfin idarə olunmasına verilən tələbləri praktiki fəaliyyətdə tətbiq etməyi, müəllim-şagird münasibətlərini qarşılıqlı hörmət, tələbkarlıq digər standartlar əsasında qurmağı, şagird yaradıcılığını dəstəkləməyi inkişaf etdirməyi, bu məqsədlə müxtəlif təqdir etmə rəğbətləndirmə metodlarından istifadə etməyi, sinifdə müsbət öyrənmə mühiti yaratmağı bacarırlar. Məktəbdaxili intizam, geyim davranış qaydalarına müvafiq olaraq fəaliyyət göstərməyi, müəllimlərlə şagirdlərlə münasibətlər qurmağı, məsləhətçi müəllimlərə, metodiki birləşmələrin rəhbərlərinə yanaşmağı, onlardan faydalı məsləhətlər almağı, tədris prosesini uğurla qurmağı, şagirdlərin biliyini özlərinin tədris təcrübəsini qiymətləndirməyi bacarırlar. Dərsi planlaşdırmağın səmərəli yollarını dərsin  ayrı-ayrı mərhələlərində etmək lazım olduğunu bilirlər, münasib tədris materiallarını seçməyi bacarırlar, öyrənmə prosesində sinfin tərtibatının əhəmiyyətini dərk edirlər, dərsin xüsusiyyətindən asılı olaraq sinifdəki mebellərin digər avadanlıqların düzülüşünü dəyişdirməyi bacarırlar, sinifdə müxtəlif texnologiyalardan istifadə etməyi bacarırlar, qiymətləndirmənin mahiyyətini şagird nailiyyətlərinə nəzarətin prinsiplərini mənimsəyir tətbiq edə bilirlər. Azərbaycanda şagird nailiyyətlərinin qiymətləndirilməsinin yeni modeli ilə ənənəvi qiymətləndirmə  modelini müqayisə etməyi, obyektiv ədalətli qiymət verməyi bacarırlar, şagirdin məktəbdənkənar fəaliyyətinə nəzarət etməyi onu təşkil etməyi bacarır,

məktəbdənkənar fəaliyyətin səmərəsini artırmaq üçün hansı tapşırıqlar verməyin xüsusiyyətlərini bilirlər, təhsil tədqiqatları onların növləri haqqında biliklər əldə edirlər. Tədqiqat prosesinin planlaşdırılması, icrası, monitorinqi qiymətləndirilməsi  üçün bacarıq vərdişlər əldə edirlər, ənənəvi didaktik sistemlərin sürətlə inkişaf edən həyatın tələblərinə cavab verməməsinin səbəblərini anlayırlar, Azərbaycanda yeni kurikulumların hazırlanma zərurətini dərk edirlər, kurikulumun hazırlanması tərtibi üzrə bacarıqlar əldə edirlər, fənyönümlü şəxsiyyətyönümlü kurikulumun mahiyyətini anlayır, onların oxşar fərqli cəhətlərini müqayisə etməyi bacarırlar. Məktəbdə idarəetmə fəaliyyətinin müxtəlif formaları ilə tanış olurlar, məktəbdə metodik işin təşkilinin əsas yollarını öyrənirlər”.

Təhsil naziri vurğulayıb ki, pedaqoji təcrübənin VIII semestrdə 12 həftə ərzində fasiləsiz olaraq həyata keçirilən mərhələsi yekun mərhələdir onun əsas məqsədi təcrübəçi tələbə tərəfindən onun gələcəkdə  tam ştatlı müəllim sinif rəhbəri kimi fəaliyyət göstərə bilməsi üçün bilik, bacarıq vərdişlərin əldə edilməsidir. Bu mərhələdə əvvəlki semestrlərdə əldə edilmiş bilik, bacarıq vərdişlərin inkişaf etdirilməsi ilə yanaşı, bəzi vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Müəllimə xas olan əsas peşə funksiyalarını  yerinə yetirmək üçün kompleks bacarıqların əldə edilməsi, pedaqoji fəaliyyətin tam elmi mənzərəsini əks etdirən bacarıq vərdişlərin formalaşdırılması, yeni pedaqoji təfəkkürün formalaşdırılması, təlim-tərbiyə proseslərini müvəffəqiyyətlə həyata keçirmək üçün peşə bilik bacarıqlarının formalaşdırılması.


Sevinc
QARAYEVA

 





10.11.2012    çap et  çap et