525.Az

Vaşinqtonda silahlı hücum - 2 ölü, 5 yaralı


 

Vaşinqtonda silahlı hücum - <b style="color:red">2 ölü, 5 yaralı</b>

ABŞ-nin paytaxtı Vaşinqtonda açılmış atəş nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları bildirib.

İstirahət mərkəzinin yaxınlığında baş verən insidentlə bağlı məlumat yerli vaxtla saat 03:00 (Bakı vaxtı ilə 11:00) radələrində daxil olub. Bütün zərərçəkənlər xəstəxanalara çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir.

CNN qeyd edib ki, polis insidentlə bağlı hələlik hər hansı həbs barədə məlumat verməyib.

 





17.03.2024    çap et  çap et