525.Az

İsrailin hərbi qüvvələri Qəzzada ən uzun tunelin bir hissəsini dağıdıb


 

İsrailin hərbi qüvvələri Qəzzada ən uzun tunelin bir hissəsini dağıdıb<b style="color:red"></b>

İsrail Müdafiə Qüvvələrinin mühəndis korpusu Qəzza zolağının şimalında yerləşən ən uzun tunelin bir hissəsini dağıdıb.

525/az "Report"-a istinadən xəbər verir ki, , bu barədə ordunun mətbuat xidməti xəbər yayıb.

“Bu həftə qüvvələr “Yahalom” bölməsi ilə əməkdaşlıq edərək Qəzza zolağının şimalında yerləşən ən uzun yeraltı tunelin bir hissəsini məhv ediblər”, - məlumatda bildirilir.

Hərbçilərin məlumatına görə, tunelin uzunluğu 2,5 km-i keçib. Fələstin anklavının şimalı ilə cənubunu bir yeraltı yol birləşdirib.

 





17.03.2024    çap et  çap et