525.Az

Musanın komandası finala yüksəldi


 

Musanın komandası finala yüksəldi<b style="color:red"></b>

İsveç kubokunda finalçılar müəyyənləşib.

QOL.az xəbər verir ki, 2-ci yarımfinal görüşündə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” Stokholm derbisində AİK-lə üz-üzə gəlib.

Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın qalibi penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Yurqorden" 3:2 hesabı ilə qalib gələrək finala yüksəlib. Musa bugünkü görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Yurqorden” mayın 9-da keçiriləcək final matçında “Malmö” ilə qarşılaşacaq.

 





17.03.2024    çap et  çap et