525.Az

Bəxtiyar Türkiyədə növbəti oyuna çıxdı


 

Bəxtiyar Türkiyədə növbəti oyuna çıxdı<b style="color:red"></b>

Türkiyə birinci liqasında 27-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” “Erzurumspor”un qonağı olub.

Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Millimizin üzvü meydana start heyətində çıxıb və sona qədər oynayıb. O, 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Bu nəticədən sonra “Tuzlaspor” 27 xalla 15-ci pillədə qərarlaşıb.

 





17.03.2024    çap et  çap et