Nigeriyanın Delta əyalətində silahlı hücumlarda 16 əsgər həyatını itirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Nigeriya Müdafiə İnformasiya Müdiri Tukur Qusau verdiyi yazılı açıqlamada Delta əyalətinin Bomadi bölgəsindəki iki kənddə sülhməramlı xidmətdə olan əsgərlərə silahla hücum edildiyini bildirib.
Qusau hücumlarda 2 mayor və bir kapitan olmaqla 16 əsgərin həyatını itirdiyini qeyd edib.
Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirən Qusau: "İndiyə qədər bir neçə adam nəzarətə alınsa da, hücumun səbəbini ortaya çıxarmaq üçün lazımi addımlar atılmağa başlanılıb", - deyib.
Digər tərəfdən, milli mətbuatda yer alan xəbərlərdə bölgə sakinlərinin hücumdan sonra qorxudan evlərini tərk etdiyi bildirilib.
Qeyd edək ki, neftlə zəngin Delta əyalətindəki bir çox icma torpaq və ya neft dağılmalarına görə enerji şirkətlərindən kompensasiya almaqla bağlı tez-tez, bəzən ölümcül münaqişələrlə üzləşir.
Malik Atilay
çap et