525.Az

Çinin Sıçuan əyalətində meşə yanğını davam edir


 

Çinin Sıçuan əyalətində meşə yanğını <b style="color:red">davam edir</b>

Çinin cənub-qərbindəki Sıçuan əyalətinin cənubunda baş verən yanğın geniş əraziyə yayılmağa davam edir.

525.az xarici KİV-ə istinadən bildirir ki, Qarzi Tibet Muxtar Prefekturasının Yajiang rayonunun kənd ərazisində martın 15-də başlayan meşə yanğını hələ də nəzarət altına alınmayıb.

Yanğın səbəbindən ətraf kəndlərdə yaşayan 3396 nəfər təxliyə edilib, rayondakı su elektrik stansiyasının işçiləri ilə əlaqə yaratmaq mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın ötən gün günorta saatlarında güclü külək nəticəsində dağ yamaclarına keçib.

Qeyd edək ki, nazirlik 4-cü dərəcəli fövqəladə vəziyyət elan edib və yanğın söndürmə işləri üçün bölgəyə yerli yanğınsöndürmə idarələrindən 1260 nəfər göndərilib.

Malik Atilay

 





18.03.2024    çap et  çap et