525.Az

Səudiyyə Ərəbistanında qeyri-neft sektorunda tarixi maksimum


 

Səudiyyə Ərəbistanında qeyri-neft sektorunda tarixi maksimum  <b style="color:red"></b>

Səudiyyə Ərəbistanının qeyri-neft sektoru 2023-cü ildəki göstərciləri ilə tarixin ən yüksək səviyyəsinə yüksəlib.
525.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Planlaşdırma Nazirliyi məlumat yayıb.

Belə ki, ötən il Səudiyyə Ərəbistanı ÜDM-də qeyri-neft sektorunun payı 50%-ə çatıb ki, bu da krallıq üçün tarixi maksimumdur.
Qeyri-neft sektoru iqtisadiyyata 1,7 trilyon Səudiyyə rialı (təxminən 453,3 milyard ABŞ dolları) töhfə verib. Bu sahədə artım son 2 ildə qeyri-dövlət
investisiyalarının 57% artması ilə şərtlənir. 2023-cü ildə qeyri-neft sektoruna özəl investisiyalar 959 milyard rial
(təxminən 255,7 milyard dollar) təşkil edib.  

Səudiyyə Ərəbistanı Baş Statistika İdarəsi daha əvvəl məlumat yayıb ki, iqtisadiyyatı neft ixracından asılı olan krallığın ÜDM-i 2023-cü ilin sonuna
kimi 0,9% azalıb.
2023-cü ilin üçüncü rübündə ÜDM 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,4%, dördüncü rübdə isə 3,7% azalıb. Səudiyyə Ərəbistanında son iki rübdə ÜDM-in azalması əsasən neft hasilatını könüllü şəkildə azaltmaq qərarı ilə bağlı olub.

Pərvanə

 





18.03.2024    çap et  çap et