525.Az

İslandiyada lava axını yavaşlayıb


 

İslandiyada lava axını yavaşlayıb<b style="color:red"></b>

İslandiya Meteorologiya İdarəsi (IMO) Faqradalsfjall vulkanının Sundhnukagigar kraterində baş verən partlayış nəticəsində başlayan lava axınının yavaşladığını və dənizə çatma ehtimalı görmədiklərini açıqlayıb.

525.az xəbər verir ki, IMO-nun verdiyi açıqlamada: "Cənub lava sərhədi Sudurstrandarvegur magistral yolundan 250 metrdən azdır. Bu gün günortadan sonra lavanın irəliləmə sürəti saatda təxminən 12 metr olub ki, bu da bu günün əvvəlində ölçüləndən xeyli yavaşdır. Sürət dəyişməzsə, lava təxminən 20 saata Sudurstrandarvegura çatacaq və dənizə çatmaq üçün daha 350 metr yol getməli olacaq. Lava dənizə çatarsa, sürətlə soyuması təhlükə yarada bilər. İlk olaraq piroklastiklik və qazların, xüsusən də hidroklor turşusunun (HCl) əmələ gəlməsi təhlükəsi olacaq", - deyilib.

Məhəmməd Tağıyev

 





18.03.2024    çap et  çap et