525.Az

Avstraliyanın Nümayəndələr Palatasında hökumətə ETİRAZ


 

Avstraliyanın Nümayəndələr Palatasında hökumətə <b style="color:red">ETİRAZ</b>

Avstraliyada Nümayəndələr Palatasında keçirilən iclasda İsrailin Qəzzaya hücumlarına etiraz edən qrup hökuməti soyqırımı dəstəkləməkdə ittiham edib.

525.az xəbər verir ki, Nümayəndələr Palatasında keçirilən sual-cavab iclasında iştirak edən bir neçə şəxs Baş prokuror Mark Dreyfusun çıxışı zamanı Baş nazir Entoni Albanesedən onları dinləməsini xahiş edib. "Dərhal atəşkəs!", "Soyqırımı dəstəkləyirsən", "Albanese əllərin qanlıdır" şüarları səsləndirən etirazçılar mühafizəçilər tərəfindən Nümayəndələr Palatasından uzaqlaşdırılıb.

Qeyd edək ki, Greens Partiyasının senatoru Maks Çandler-Mater "X" hesabında yazdığı yazıda etirazçıları dəstəkləyib.

Məhəmməd Tağıyev

 





18.03.2024    çap et  çap et