525.Az

Almaniya Qəzzada humanitar fasilə çağırışını təkrarlayıb


 

Almaniya Qəzzada humanitar fasilə çağırışını təkrarlayıb<b style="color:red"></b>

Almaniyanın xarici işlər naziri Annalena Baerbok həftələrdir Qəzzada kifayət qədər qida ala bilməyən milyonlarla insan, o cümlədən uşaqlar üçün humanitar yardıma ehtiyac olduğunu bildirib.

525.az xəbər verir ki, Baerbok Brüsseldə Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri toplantısında jurnalistlərə cavab verib.

Baerbok Qəzzada milyonlarla insan və çox sayda uşaq üçün humanitar fasiləyə ehtiyac olduğunu vurğulayaraq: "Biz buna nail olmaq üçün əlimizdən gələni edirik və kanslerin bu həftə sonu İsraildə açıqladığı kimi, Qəzzaya humanitar yardım indi İsrail hökuməti tərəfindən təmin edilməlidir", - deyib.

Məhəmməd Tağıyev

 





18.03.2024    çap et  çap et