525.Az

Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub


 

Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub<b style="color:red"></b>

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İraqa səfəri çərçivəsində bu ölkənin Baş naziri Məhəmməd Şiya əs-Sudani ilə görüşüb.

525.az xəbər verir ki, bu barədə nazir "X" səhifəsində yazıb.

"Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti və inkişaf prioritetləri barədə müzakirələr apardıq. İkitərəfli ticarət əlaqələrinin genişləndirilməsinin və qarşılıqlı sərmayələrin həcminin artırılmasının əhəmiyyətini vurğuladıq", - M.Cabbarov qeyd edib.

 





18.03.2024    çap et  çap et