525.Az

ABŞ Cənubi Koreyanı dəstəkləməyə davam edəcək


 

ABŞ Cənubi Koreyanı dəstəkləməyə davam edəcək<b style="color:red"></b>

ABŞ xarici işlər naziri Entoni Blinken Pxenyanın ballistik raket buraxılışını pisləyərək, Şimali Koreyanın təxribatlarına qarşı Cənubi Koreyanı dəstəkləməyə davam edəcəklərini bildirib.

525.az xəbər verir ki, Koreya Respublikası Xarici İşlər Nazirliyindən verilən açıqlamada nazir Ço Tae-yulun Demokratiya Sammitində iştirak etmək üçün paytaxt Seula səfər edən Blinkenlə görüşdüyü bildirilib.

Belə ki, Pxenyanın ballistik raket buraxmasını pisləyən Blinken və Ço Şimali Koreyanın nüvə və raket proqramlarını maliyyələşdirən qeyri-qanuni mənbələrin fəaliyyətinin qarşısının alınması istiqamətində əməkdaşlığı davam etdirəcəklərinə söz veriblər.

Qeyd edək ki, Blinken sammit çərçivəsində prezident Yoon Suk Yeol ilə də görüşüb.

Məhəmməd Tağıyev

 





18.03.2024    çap et  çap et